Napoleon Tortu: 4 əsrlik Tarixi olan Napoleon tortu
Napoleon tortu, tortların arasında öz dadı ilə fərqlənir. 1000 vərəq tortu kimidə adlanan Napoleon Tortu möhtəşəm bir tərzi təmsil edir. Bu tort, Fransa və İtalyada “Mille-feuille”, Rusiyada və Amerikada isə Napoleon adlanır.
Napoleon Tortunun Tarixi
Avropada ilk olaraq 1733-cü ildə Mille-fuelle(1000 vərəq) adı ilə hazırlanan tort daha sonralar üzəri mürəbbə ilə örtülmüş və 1876-ci ildə Urbena Dubois tərəfindən yeni resepti ilə hazırlanmışdır.
Napoleon Tortunun Hazırlanma Qaydası
Tərkibi
Lazım olan ərzaqlar:
Xəmir üçün:
-700 qram un
-300 qram kərə yağı
-150 ml stəkan su
-Bir çimdik duz
-Krem üçün
-500 ml əridilmiş dondurma
-250 qram şəkər
-2 ədəd yumurta
-4 ədəd yumurtanın sarısı
-200 qram kərə yağı
Hazırlanması:
Tort təxminən 1 günə hazırlanır. Əvvəlcə xəmir hazırlanır və sonra yayılmağa başlayır. Daha sonra qatların arasına krem çəkilir. Qeyd edək ki, kremi tez-tez yox, asta-asta yaymaq daha məsləhətdir. Krem tam xəmirə oturmalıdır. Hazırlanan zamanı yaranan qırıntıları şəkər pudrası ilə qarışdırıb tortun üstünə və kənarlarına səpə bilərsiniz. Hazırlandıqdan sonra tort soyuq tempuraturda bir neçə saat saxlanılmalıdır.
Bu tortu uşaqdan tutmuş böyüyə qədər hər kəs bəyənir. Əlavə olaraq bu tortu indi sifariş belə edə bilərsiniz. Sifariş edin və çatdırılma edək. Bizi sosial şəbəkədə izləyə bilərsiniz